İlham Niyazi oğlu Qasımzadə

 

   AZƏRBAYCAN QURDBASARLARININ YATAQ        

        ŞƏRAİTİNDƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

 

 

         Qurdbasar küçüklərinin təbii şəraitdə həyatının çoxillik müşahidələri göstərir ki, belə küçüklər ev şəraitində və ya fermalarda böyüyən küçüklərdən kəskin fərqlənirlər. Tərəfimizdən müvafiq peyvəndlər vurulduqdan sonra eyni qurdbasarların balalarından birini yatağa, digərini isə həyətyanı sahədə saxladıq.  Bir il keçdikdən sonra yataqda böyüyən küçük digər qardaşından kəskin surətdə fərqlənmişdir. Bu kiçik məqalədə sırf öz müşahidələrimlə bölüşməklə yanaşı, qurdbasar küçüklərinin inkişafında zəruri olan əsas səbəbləri və amilləri də göstərməyə çalışacam.

         İlk növbədə yaylaqda rəngarəng təbii şərait, böyük areal, quru hava, yay otlaqlarının  kiçik çay və göllərində sərinlənmək üçün imkanlar vardır. Bərk istidən ağac və ya kolluqların altında gizlənmək, axşama yaxın isə sərin temperatur küçüklərə dincəlmək imkanı yaradır. Qışda isə qışlaqda otlayan mal-qaranın yığılmış peyininin üzərində  uzanır və ya özləri üçün qazdıqları səngərvari yuvalarda soyuqdan gizlənirlər. Yaylaqda böyüyən qurdbasarların tükü gözəl və parıltılı olur.Həyət şəraitində və ya pitomniklərdə böyüyən küçüklər isə bərk istidən əziyyət çəkir, nəmişlikdən tüklərində solğunluq müşühidə edilir. Ona görə yay vaxtı Abşeronda havanın temperaturu yüksək olduğuna görə istidən qorumaq üçün axşamlar küçükləri sərin su ilə sərinlətmək məcburiyyətində oluruq. Yaylaqlarda küçüklərdə bizim müşahidəmizə görə demək olar ki, dəridə parazitlər çox cüzi olur ( hər növ gənə, birə və s). Belə düşünürük ki, bu sərin temperatur və kiçik çaylarda və sututarlarda oqranizmlərini tez tez sərinləmək  imkanı ilə bağlıdır.Yayda şəhər şəraitində böyüyən küçüyün orqanizminə nəinki fayda, həm də zərər verə bilən parazitlərə qarşı dərman preparatlarından istifadə etməyə məcburuq.

         Keçək qida kimi digər əsas amilə. Qışlaq şəraitində qurdbasar küçüklərini  4 ayına qədər süd (inək, keçi və qoyun) ilə bəsləyirlər. Düzdür  əsas seçilmiş küçükləri çoban – həvəskar 6-7 ayına qədər süd və süd məhsulları ilə bəsləyirlər. Düşünürəm ki, bir çox insanlar südün xeyirli xüsusiyyətləri haqqında bilirlər. Lakin qeyd etmək istəyirəm ki, kalsium  və digər qida maddələrindən başqa, süd orqanizmdə həm də şlakları neytrallaşdırmaq xüsusiyyətinə malikdir. Sovetlər dönəmində hələ, kimya sənayəsinin işçilərinə zərərə görə  meyvə və şirələr deyil, məhz süd verirdilər. İtlərə 24-cü günündən sonra ana südü ilə paralel əlavə süd verməyə başlayırlar. İtlər, küçüklər arpa və qarğıdalı fətirlər ilə qidalanırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, pendir emalı zamanı duzlanılmış-ağartı su əmələ gəlir ( pendir suyu) və  ilboyu küçüklərə və böyük qurdbasarlara verirlər. Duzlu suyun tərkibində  kalsium, mikroelementlər, bağırsaq mikroflorası üçün faydalı bakteriyalar, natrium-xlor vardır. O, inkişaf edən skeleti , küçüyün diş sistemini bərkidir, həmçinin qurdqovucu funksiyasına da malikdir. Digər xüsusi məhsul bütün böyük itlər və küçüklər üçün  heyvanların plasentasıdır (əsasən keçi və qoyun). İtlər plasentanı yedikdə sürüdə gələn doğuşa qədər orqanizmlərinin zülal-protein ehtiyatını bərpa edirlər. Bir çox biokimyaçılar və bioloqlar plasentanın zülal tərkibi və bərpaedici funksiyası olan proteinlər haqqında yaxşı bilirlər. Yataq şəraitində böyüyən küçüklər tərkibində vitaminlər olan şəfalı otların və bitkilərin bəzilərini yemək imkanlarına  malikdirlər. Bu zaman pitomnik və şəhər şəraitində it yetişdirən şəxs itlərin sağlam və möhkəm böyümələri üçün bahalı vitamin və yemlər almaq məcburiyyətindədir. Yataq şəraitində bəzən qurdbasarlar ölü heyvanların ov və cəmdəklər ilə qidalanırlar. Belə qida düzümündə itlərin bağırsaq və mikroflorası müxtəlif xəstəliklərə qarşı daha uyğunlaşdırılmış və davamlı olur. Başqa bir səbəbə keçmək istəyirəm, hansı ki küçüyün inkişafında əsas – fiziki yükdür. Bu haqda da çox yazırdılar, ancaq bir şeyi qeyd etmək istəyirəm ki, şəhər şəraitində olan gəzinti nə qədər çox olsa da, yataqlarda olan gəzintiyə çata bilməz. Yataqda 3 aylıq küçükləri tədricən yaxşı hava şəraiti zamanı quzuları otardıqda çobanlar özləri ilə aparırlar. Tədricən gəzintilərin miqdarı artırıılır ( gündə min. 5-7 km) və küçüklər gecələr sürü ilə ərazini qorumağa başlayırlar. Yamac boyu qalxarkən və enərkən, bütün hərəkət aparatı, o cümlədən bütün əzələlər  aktiv inkişaf edir. Onurğa sütunu möhkəmlənir və küçük çox bərk ayaq üstə durur. May ayında isə böyük küçükləri yay otlaqlarına ən çətin yürüş gözləyir. Bu uzun yol sürü ilə marşrutdan aslı olaraq 4 gün çəkir və 300-400 km-dir. Bu böyük qurdbasarlardan çox enerji və güc alır. Hər küçük bu yükə davam gətirə bilmir, bəzən onları maşında aparmaq lazım olur. Yay otlaqlarında bir qədər istirahətdən sonra yeni fiziki hərəkətlər, sürü ilə dağ yamaclarının üst hissəsinə gündəlik yürüşlər başlanır. Yataqda təhlükə halında ərazinin mühafizəsinə gecə kütləvi qaçışları nəzərə almasaq qurdbasarlar hər gün ora keçib və geri 14 km-ə qədər yol qət edirlər. 

    Qurdbasarın inkişafı zamanı böyük əhəmiyyət daşıyan  sonuncu amilə keçmək istəyirəm ki, bu da küçüyün otlaq şəraitində əldə etdiyi təcrübə və ya "gənc döyüşçü kursu"dur. Küçük valideynlərindən, təcrübəli erkək və dişilərdən çox yeniliklər alır, həmçinin kimin qohum, kimin düşmən və kimin yırtıcı olduğunu anlayır. Bir yaşına kimi otlaqda böyüyən küçüklər məkana rahat alışa bilir və açıq sahədə özlərini təmkinli aparırlar. Yaylaqda təcrübəli dişi itin küçüyə havadan təhlükəsizliyə necə reaksiya verməyi öyrətməyi müşahidə etdik. 

    Yəni ev quşlarının xüsusi təhlükə siqnalından sonra dişi qurdbasar döyüş hazırlığı vəziyyətini alırdı və toyuqları almaq istəyən yırtıcı quşların hücumunu dəf etməyə hazır idi. Bundan əlavə  cavan küçüklər öz aralarında münasibəti həll edirlər və sürü ilə birlikdə  qonşu yataqların digər itlərinin hücumlarına reaksiya verirlər. Bələ şəraitdə iş  keyfiyyəti  və liderin, döyüşçünün aşkar edilməsi it yetişdirənə asan başa gəlir. Birillik erkək, pitomnikdə böyüyən qardaşından fərqli olaraq hündürlükdə min 7 sm və çəkidə 6-7 kq, həmçinin daha bərk skeleti və diş sistemi vardır. Həmçinin birincinin enli döş qəfəsi və uzun bədəni olur. Dişi qurdbasarlar da həmçinin yalda və çəkidə pitomnikdə saxlanan doğma bacılarını ötüb keçirlər, daha südlü olur və sağlam, iri küçüklər verirlər. Beləliklə əgər yataq şəraitdə böyüyən qurdbasarları şəhərə götürsək ondan istənilən işçi keyfiyyəti olan it hazırlamaq olar. Bu məqalədə mən bir daha göstərmək istədim ki, ana-təbiət olan yerdə təbii mühit və şəraitdə qurdbasarın inkişafı, dünyada qeyri-təbii şəraitdə yetişdirilmiş itlərdən üstündür.