CİNSİN
STANDARTI
«AZƏRBAYCAN
ÇOBAN İTİ - QURDBASAR»
MƏNŞƏYİ:
Azərbaycanın
əsas rayonlarında yayılması- Qarabağ zonası, Fizuli, Laçın,
Qubadlı, Kəlbəcər
(işğal olunmuş ərazilər) rayonları, o cümlədən Respublikanın Quba,
Xızı, Şamaxı,
Zaqatala, Qazax rayonları. Dağ və çöl zonası,
həmçinin Respublikanın iqlim
şəraiti çobanlara yay və qiş otlaqlarindan aktiv istifadə etməyə imkanı yaratdığına görə, itlər
Respublikanın dağ və çöl
rayonlarında
yaşamağa uyğunlaşmışlar .
Qədim
insan tərəfindən çəkilmiş Azərbaycan itlərinin
qayaüstü rəsmləri Qobustanın
tarixi qoruğunda aşkar edilib.
Qayaüstü
rəsmin araşdırılması göstərir ki, eramızdan 3 min il əvvəl Azərbaycan ərazisində yerli itlər
insanlara ovda kömək etməyə,
həmçinin ev
və mal-qaranı vəhşi heyvanlardan qorumağa yardım edirdilər.
ADI: Azərbaycan
çoban iti - Qurdbasar Xalq
arasında bu növ itlər aşağıda
göstərilən
adlara malikdirlər ( ən çox yayılmışdan aza qədər): - qoyun iti, (qoyunu qoruyan it) çoban iti, (çobanın iti); -alabaş; (başı xallı) - qurdbasar ( canavar basan it).– Azərbaycanın qəbilə tayfalarının asılı olaraq
müxtəlif cür tələffüz
edilir. - qurd sözü – Azərbaycan dilində bəzən
canavara deyilir.
Əvvəldən
çoban iti kimi mal-qara, dəvə, qoyun, otlaq
sürülərinin həmçinin
azərbaycanlıların həyətyanı sahələri və yaşayışının mühafizəsi
üçün tətbiq
olunub. Sahibinin yanına və onun ailəsinə loyallığı, kənar şəxslərə
qarşı
dözümsüzlük və eyni zamanda sosial adaptasiyasiyaya
qəribə qabiliyyəti, yerli
itlərin valehedici vəhdətinin intuisiyasi, zəkalı ağlı və gözəl fiziki göstəriciləri bu
yerli itləri
mühafizə üçün istifadə etməyə imkan verir.
Hal-hazırda
qurdbasar sürüləri canavardan və müxtəlif yırtıcılardan
qoruyaraq çobanın "köməkçisi"
kimi istifadə edilir, o cümlədən ərazinin əsas
qarovulçusudur. Qədim
azərbaycanlılar bu itləri ov zamanı da istifadə ediblər. (mənbə.
Qobustanın qayaüstü
rəsmlər qoruğu)
ÜMUMİ
GÖRÜNÜŞ
Azərbaycan
yerli çoban iti – Qurdbasar -
orta və iri boyda əzələləri yaxşı
inkişaf
etmiş və iri sümükləri ilə kobud
və bərk
tipli quruluşa malikdir. Dərisi qalındır, elastikdir və boyun
hissəsində bəzən
sallaq şəkildə görünür. Qurdbasarlar
3 yaşında tam formalaşmış sayılırlar.
Çox
yaşayanlar 15 il və daha çox
ömür
sürürlər.
Başı - Başı iri, geniş kəllə hissəsi
ilə və güclü inkişaf etmiş alt çıxıntılarla. Alnı - geniş, düz,dayaz çuxurludur və iki
hissəyə
bölünür. Alından sifətə
keçid
yaxşı bildirilib, alın və sifətin xətti paraleldir. Kəllə hissənin
üz hissəyə əlaqəsi
2/3 təşkil edir. Lakin bəzi itlərdə 1/1 nisbətdə olur. Sifəti
həcmlidir, daram
quru dodaqları və gözlərinin altında boçluq yoxdur. Alt
çənə geniş yaxşı
inkişaf etmişdir. Burun mərcəyi iri və qaradır. Bəzi itlərin
qaşüstü qövsü parlaq şəkildə nəzərə
çarpır.
Gözlər - əsasən tünd qonur rəngdədir,
kiçik, badamı, oval və dairəvi formalı, dərindən və geniş
yerləşdirilmişdir. İri və ağır
çəkili itlərdə aşağı əsrin az sallaqlılığı
qəbul edilir.
SÜMÜKLÜLÜK INDEKSI: Erkəklərdə 19-21, dişilərdə 18-21
FORMAT INDEKSI: 105-108 . Uzadılmış formatda itlərə də rast
gəlinir. 110-120 Boy
və
çəki:
Erkəklər 72 sm-dən aşağı olmamalı,
dişilər isə maksimum 66 sm-dən aşağı olmamalıdırlar. Çəki -
erkəklərdə 55 kq və
yuxarı, dişilərdə 42 kq və yuxarı. Cinsi demorfizm aydın
görünür – erkək itlər
dişilərdən xeyli böyük və ağır olmalıdır.
Boynunun davamı (peysər) – yaxşı
inkişaf etmiş, geniş və əzələlidir. Bel – geniş, möhkəm və
əzələlidir. Belindən quyruğunun başlanğıcı
- geniş, demək
olar ki, üfüqi. Sinəsi dirsəyə qədər aşağı və dərindir.
Ön hissə çiyin-kürək
oynaqlarına çıxış edir, qarnı yığılmış formalıdır.
Qulaqlar
göz səviyyəsində qoyulub və
küçük vaxtı (5-10 günlük) qulağlarının
kəsilməsi qəbul edilir. Quyruğu – dik dayanır, oraq, halqa, çəmbər
və
qarmaqçıq formasında olur.
Quyruğunun kəsilməsinə
yol verilir. Bəzi rayonlarda quyruğun 1/3 hissəsi, bəzilərində isə 2/3
hissəsi
kəsilir. Bəzən isə quyruq sərrast və əyriliyi olmadıqda kəsilməyə də
bilər. Diş sistemi tamdır. Dişlər iri və ağdır. Yumulu ağızda dişlərin
vəziyyəti gənə, qayçı və birbaşa formalı
görünüşlüdür. 3-4 yaşından sonra bir
çox ekrəklərdə yumulu ağızda dişlərin vəziyyəti birbaşa formaya
keçir və alt
çənənin azacıq qabağa gəlməsi müşahidə olunur. Boynu
möhkəmdir, başının
uzunluğuna bərabərdir və ya başın
uzunluğundan biraz qısa da ola bilər.
Qabaq
ayaqları düz və paralel olaraq
qoyulub. Çiyin – kürək
oynaq küncü 100 dərəcə.
Əl darağı geniş və ağırdır.
Barmaqları
yığılmışdır. Arxadan baxış zamanı geniş vəziyyət ilə bir-biri ilə
birbaşa və
paraleldir. Bir qədər düzəldilən diz və sapma oynaqlıdır. Bəzən
arxa pəncələrdə
əlavə barmaqlı itlərə də rast gəlinir.
Bud geniş, yaxşı inkişaf
etmiş, əzələlidir.
TÜK ÖRTÜYÜ: Tükü zərif yumşaq qatı yunla düz
kobuddur. Tükün uzunluğundan aslı olaraq itlərin
tük örtüyü 3 növə
bölünür: Uzun tüklü – itlərdə tükün
uzunluğu 10 – 12 sm, uzanan
üst yunu və qoruyucu saç. Boyundakı uzun saç
“yal” əmələ gətirir, arxa
tərəflərdəki ayaqların tükləri uzun olduqda –
“şalvar” formalı görünür. Quyruğu
hər tərəfli örtən uzun tük onu qalın və yumşaq edir. Orta (yarı uzun tüklü) - Orta
tüklülü itlər, təxminən
5-8 sm. Quyruğda dolğun tüklülük müşahidə olunur. Qısa tüklü "tarta" – itlər yaxşı
inkişaf etmiş zərif yun ilə, qısa qatı tük ilə
örtülüdürlər. Bu itlərdə “daraq
ağzı” və “bud tərəfdəki tüklər” olmur.
RƏNG: Əsas - qırmızı, qızıl (müxtəlif çalarlar, açıq sarıdan mis kimi qırmızıya qədər). Qara, qonur, şabalıdı, boz, ağ, kül, zolaqlı, göyümtül canavar rəngli, ala, istənilən çalarda xallı rənglər. İtlərdə həmçinin boyun və pəncə hissəsində qırmızı-sarı ləkə xallar müşahidə edilir (qızıl qaşqa, sarı və boz qaşqalar, boynu şərfli rənglər). İtlərin ağzı qara və qarasız olur. Qara itlərdə bəzən gözlərinin üstündə sarı ləkələrə rast gəlinir və onlara el arasında "dörd göz" və "eynəkli" kimi adlar verirlər. Bəzi qızıl və sarı itlərimizin qabaq ayaqlarında kiçik sarı çillərə də rast gəlinir. Tam qara rəngli itlərə (zil qara, heç bir ağ ləkəsiz) nadir hallarda rast gəlinir. Güclü,
təmkinli, çevik. Fəal şəkildə müdafiə reaksiyasına malikdir. Azad, ləng
şəkilli və hərəkət tempinin sürətindən aslı olaraq dörd ayaq
qaçış və yorğa
yerişli hərəkətləri müşahidə edilir. Ön və arxa ətraflarının
oynaqları hərəkət
zamanı sərbəst açılır, bel və kürək elastik yay kimi
gərilir.
NÖQSANLAR:
Harmonik
inkişaf zamanı erkəklərin 72 sm qədər və
dişilərin isə 64 sm qədər hündürlüyünə yol verilir.
Yaşıl gözlər. Ön əllərin
kiçik ölçüsü və
az inkişaf etmiş arxa
ətraflar. Formalaşmanın yüngüllüyü və yumşaqlığı,
az sümüklülük. Sivri yüngül
sifəti, zəif alt çənəsi. Qayçı
görünüşlü yumulu ağızda dişlərin vəziyyəti arzu
olunan deyil. Gözlər qabarıqdır.Xırda dişlər. Beli əyilmiş, ensiz.
Qısa
biçilmiş bədən. İnkişafdan qalmış qısa sinəsi. Zəif əl darağı,
dartılmış
vəziyyət. Zəif bağları və əl-ayaqların dar vəziyyəti. Yayılmış
pəncələr. Hərəkətın
tarazsızlığı.
QÜSURLARI:
Dişi görünüşlü erkəklər və dişlərin
tam olmaması, zəif çənə
sistemi, açıq rəngli gözlər, qəhvəyi burun mərcəyi və dodaq
və göz ətrafında piqmentasiya
olmaması (albinosluq), kriptorxizm, qıvrım tüklər. Qorxaqlıq və
lazımsız xoleriklilik,
idarə olunmayan aqressiv davranış. Cinsin standartı “Azərbaycan çoban
iti – qurdbasar” “Qafqaz it cinsləri” İctimai birliyi tərəfindən
hazırlanıb. Standart “Qafqaz
it cinsləri”
İctimai Birliyin üzvlərinin ümumi
yığıncağında №01-0208 protokolu əsasında 07
fevral 2008-ci
ildən təsdiq edilib. “Qafqaz it cinsləri” İctimai birliyinin sədri İlham
Qasımzadə İşçi
qrupunun üzvləri:
|
|||