|
5-6 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilən və Qazaxıstanın milli sərvəti sayılan ov tazısı, eləcə də çoban iti "Tobet"in sərgisi keçirilib.
Dövlət
səviyyəsində təşkil edilən tədbirdə
yerli ictimaiyyət və qonaqlar , rəsmi şəxslər, müxtəlif
səfirliklərin rəhbər və
nümayəndələri, həmçinin Qazaxıstanın Kənd
Təsərrüfatı naziri Asılxan
Mamıtbekov, "Konsonar" ovçuluq təsərrüfatının
rəhbəri - sabiq spiker
Oralbay Abdıkərimov və digər tanınmış şəxslər iştirak edib. Bu tədbirdə Azərbaycanı "Qafqaz it cinsləri" İctimai Birliyinin rəhbəri, Milli Karate Federasiyasının birinci vitse-prezidenti İlham Qasımzadə təmsil edib. Bununla yanaşı Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Rusiya kinoloqlarının təşəbbüsü ilə yaradılması planlaşdırılan "Yerli aborigen itlərin beynəlxalq kinologiya təşkilatı"nın ilk təsis yığıncağı keçirilib.
Toplantılarda
çıxış edən İ.Qasımzadə belə
tədbirlərin həm də Qazax - Azərbaycan xalqları arasında dostluğun daa
da möjkəmlənməsinə
xidmət etdiyini və tarixi kökləriizə qayıdışın gələccək
nəsillər üçün
vacibliyini bildirib. O, həmçinin yerli azərbaycan
çoban iti
"Qurdbasar"ın gələcəkdə tanıtım tədbiri ilə bağlı hazırlıqlardan
danışıb və sərgi ilə test yarışlarının qaliblərini
mükafatlandırma mərasimində
iştirak edib.
|
|||