QOBUSTAN – MİNİLLİKLƏRƏ   SƏYAHƏT

      AZƏRBAYCAN  “QAFQAZ  İT CİNSLƏRİ  HƏVƏSKARLARI”  İCTİMAİ               BİRLİYİ  ÜZVLƏRİNİN  “QOBUSTAN”  ARXEOLOJİ  MUZEY-QORUĞUNA

                                ÜÇÜNCÜ   EKSPEDİSİYASI

 
      gobustan

2006 - cı il yanvarın ortasında Azərbaycanın Qafqaz it cinsləri həvəskarlari  ictimai  birliyinin  üzvləri Qobustana elmi-tədqiqat ekspedisiyasını həyata keçirdilər.

Böyük Qafqaz dağ silsiləsinin cənub-şərqində, Bakıdan 60 km məsafədə yerləşən dağlıq sahə olan Qobustan qədim insanın məskunlaşdığı ərazidir. “Qobu” azərbaycanca “yarğan” mənasını verir. Buradan da Qobustan adı yaranmışdır – dərələr və yarğanlar diyarı. Bir zamanlar dəniz bu dağların ətəyinə qədər gəlib çatırdı, lakin zaman keçdikcə dəniz öz xarakterik cizgilərini qoyaraq geri çəkildi.

Qobustan qayalıqları Böyükdaş, Kiçikdaş, Şonqardağ və Şıxqayada azərbaycan xalqının keçmişinin, daş dövrünün və sonrakı dövrlərin izləri – qayaüstü təsvirlər, insan məskənləri, qəbirüstü abidələr və s. birləşmişdir. 6 mindən çox qədim təsvir aşkar edilmişdir. Onlardan ən əhəmiyyətlisi qayaüstü təsvirlər – mağaraların divarlarında, qayaların və daş parçalarının üzərində qədim insanlar tərəfindən cızılmış petroqliflərdir. Bu ibtidai incəsənət abidələri qədim azərbaycanlıların mədəniyyətini, təsərrüfatını, dünyagörüşünü, adət və ənənələrini əks etdirir.

gobustan

Qayaüstü təsvirlər təsadüfən aşkar edilmişdir. 1930-cu illərdə daş karxanasında iş aparılırdı. Ərazi bütünlüklə böyük daş parçaları ilə örtülmüşdü. İş zamanı fəhlələrdən biri qaya üzərində qeyri-adi şəkillər gördü. Xüsusilə mağarada çoxlu təsvirlər aşkar edildi. Karxanada işlər dayandırıldı, tapıntı barədə isə alimlərə xəbər verildi. 1939-cu ildə arxeoloq İ. Cəfərzadə Qobustan petroqliflərinin ilk arxeoloji tədqiqatlarına başladı. Daha qədim təsvirlər mezolit dövrünə aid edilir, lakin ehtimal edilir ki, burada həyat daha əvvəl mövcud olmuşdur, bu da Qobustanı mədəniyyət beşiklərindən biri hesab etməyə imkan verir.

Qobustan qayaüstü təsvirləri müxtəlif dövrlərə aid edilir və tarixi eramızdan əvvəl 10-8-ci minilliklərdən orta əsrlərə qədər müəyyən edilir. Belə böyük tarixi dövrü əhatə etməsinə görə onlar digər dünya qayaüstü kolleksiyaları arasında yüksək yer tutur.

                           

Atla və piyada ov təsvirləri, döyüş süjetləri, kollektiv əmək, biçin səhnələri (biçinçi məhsul yığır) qeydə alınmışdır. Şəkillərin bir hissəsi, ehtimal ki, Qobustanda tropik iqlim dövründə cızılmışdır, bu dövrün landşaftı zəngin flora və faunası olan savanna xarakterinə malik olmuşdur. Zəngin su və qida canlı təbiətin zənginliyinə imkan yaratmışdır. Qayaüstü təsvirlərdə son 10 minill ərzində burada məskunlaşan heyvanların – ceyranların, vəhşi keçilərin, maralların, vəhşi donuzların, atların, şirlərin və s. təsvirlərini müşahidə etmək olar. Həmçinin, quşların, balıqların, ilanların, kərtənkələlərin və digər həşəratların təsvirlərinə rast gəlinir.

Bu dövrün çoxlu sayda təsvirləri arasında avarçılar olan qayıqlar diqqəti cəlb edir, bu onu göstərir ki, qədim insanlar yaxşı dəniz səyyahları olmuşlar. Qayığın burnunda təsvir edilən günəş İsveçdə, Uralda, Misirdə aşkar edilmiş oxşar təsvirlərlə bənzətmə aparmağa imkan verir. Qədim inanclara görə, günəş şərqdə batarkən, gecə qayıqda yatır ki, səhər yenidən qərbdə görünsün. Qobustan qayaüstü təsvirləri burada bir neçə dəfə olmuş məşhur alim və səyyah Tur Heyerdalı son dərəcə maraqlandırmışdır. O, Qobustanda və Norveçdə oxşar qayıq təsvirlərini araşdıraraq belə bir fərziyyə irəli sürmüşdür ki, qədim vikinqlərin əcdadları Skandinaviyaya Xəzər dənizinin sahillərindən gəlmişlər.

Qədim təsvirlərdən başqa, Qobustanda Böyükdaş dağının ətəyində aşkar edilmiş latın yazısı da diqqətəlayiqdir. Bu yazı bizim eranın I əsrinə, 84 və 96-cı illərə aiddir və Roma qoşunlarının Bakı yaxınlığında olmasını göstərir:

“ İmperator Domisian Sezar Avqust Germanskinin,  Lütsi Yuli Maksim XII ildırım sürətli Legionun senturiyası”. IV əsrin ikinci yarısı latın müəllifi Yevtropi məlumat verir ki, Domisian dörd yürüş etmişdir və onlardan biri zamanı onun legionu sərərdəi ilə birlikdə məhv edilmişdir. Görünür ki, Qobustan kitabələrində Abşeronun yerli sakinləri tərəfindən məhv edilmiş həmin XII Legion barədə söhbət gedir.

                       

Təsvirlər arasında XII-XIV əsrlərə aid ediən ərəb əlifbası ilə yazılmış yazılara da rast gəlinir.

Qobustan qayaüstü təsvirləri Kareliyada, Sibirdə, Orta Asiyada və dünyanın digər yerlərundə aşkar edlmiş bənzər mədəni abidələr arasında mühüm yer tutur. Onların Skandinaviya, Pireney və Afrika qayaüstü petroqlifləri ilə bir çox ümumi cəhətləri vardır. (Ətraflı Qobustan haqqında)

Biz qədim insanın əhliləşdirdiyi heyvanlar arasında ilk heyvanlardan olan itlər haqqında təsvirlər və yazılar tapmaq qərarına gəldik. Bu ehtimallar tam təsdiqini tapdı. Arxeoloji muzeyin əməkdaşlarının köməyi ilə biz insanın itlə ov səhnəsi təsvir edilən bir neçə qayaüstü təsviri araıdırmağa və şəklini çəkməyə nail olduq.

Eneolit dövrünə (eramızdan əvvəl III minillik, mis-daş dövrü) aid edilən bu qayaüstü təsvirdə insanın itlə qaban ovlaması təsvir edilmişdir.

Eneolit dövründə heyvanların əksəriyyəti öz müasir nümayəndələrindən çox böyük olmuşlar. Şəkillərə diqqətlə nəzər yetirərək, nisbətləri ölçərək, biz belə qərara gəldik ki, qabanı qovan it güclü, iri skeletli və uzun ətrafları olan doq cinsinə bənzərdir.

           

Qoruğun elmi işçilərinin təsdiq etdiyinə görə, 1963-cü ilə qədər itin yanında insan şəkli təsvir edilmişdi. Erroziya nəticəsində şəkil tədricən dağılmışdır.

Şəklin araşdırmaları sübut edir ki, hələ eramızdan əvvəl III minillikdə Azərbaycan ərazisində yerli itlər insanlara ov etməyə kömək edirdilər.

 Muzey-qoruğun elmi işçiləri bizə inventar nömrəsi 90, üzərində atlıların itlə qaban ovu səhnəsi təsviri olan qayanı göstərdilər. Şəkillər eramızdan əvvəl 12-14-cü əsrlərə, Azərbaycan ərazisində orta əsr dövlətlərinin yarandığı dövrə aid edilir.

Bu qayaüstü təsvirdə görünür ki, itlərin uzun bədəni, böyük başı və güclü skeleti, ucu qarmaq kimi əyilmiş oraqşəkili quyruğu vardır. (Azərbaycanın müasir qurdbasarları kimi).

İtlərdən birinin boynunda tikanlı xalta var. (Eynilə hal-hazırda Azərbaycanda çobanların öz itlərini canavarlardan müdafiə etmək üçün istifadə etdiyi formada xalta.) Qayaüstü təsvirlərdə it şəkillərinin nisbətlərinin ölçülməsi nəticəsində belə ölçülər aldıq: yal ilə boyu 95 sm, bədənin uzunluğu 115 sm.

Eneolit və orta əsr dövrlərinin şəkillərini müqayisə edərək belə nəticəyə gəlirik ki, sırf görüntü etibarilə itlər daha hündür, uzun bədənli və güclü başlı, demək olar ki, müasir formaya yaxın olmuşlar. Bu şəkil göstərir ki, orta əsrlərdə bu itlərdən təkcə sürüləri mühafizə zamanı canavarla mübarzə üçün deyil, həm də ov üçün istifadə etmişlər.

Tarixi qoruqdan qayıdarkən biz Qobustana gedən yol boyu iki qurdbasarın balaca sürünü mühafizə etdiyini gördük.

Sürünü cavan oğlan otarırdı. Söhbət zamanı öyrəndik ki, o çobanın oğludur və itlər onun atasınındır. Qurdbasarlardan biri, 3 yaşlı Qaplan artıq 3 canavar və bir çaqqal boğub öldürmüşdür. Digəri, Toplan isə hələ küçükdür, cəmi 8 aylıqdır. Qaplanın qarmaq kimi əyilmiş quyruğu bizə orta əsr qayaüstü təsvirləri xatırlatdı.

İtlər tərəfindən mühafizə edilən bu sürü bizi min il keçmişə apararaq və yenidən XXI əsrə qaytararaq, təxəyyül oyunu yaratdı, belə səhnələr olan qayaüstü təsvirləri canlandırdı. Heç nə dəyişməmişdi, eneolit dövründə də, indi də Azərbaycanda yerli itlər insana sədaqətlə kömək etmişlər və edirlər.          

Azərbaycan  “QAFQAZ  İT CİNSLƏRİ  HƏVƏSKARLARI”                     İctimai    Birliyin sədri

                                         İlham Niyazi oğlu Qasımzadə